Karate üzrə yeni yarış mövsümünə start verilib

24 Yanvar 2019 11:59

Xəbər 874 dəfə oxunub

Karate üzrə Azərbaycan milli komandası yeni yarış mövsümünə start verib. Qəbələdə təlim-məşq toplanışından sonra yığmamız 18 nəfərlik heyətlə yanvarın 25-27-də Fransanın paytaxtında keçiriləcək “Paris Open” Karate1 Premyer Liqa turnirinə yollanıb.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a verilən məlumata görə, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə baş katib Mirhəsən Seyidov, media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.Medallar uğrunda həlledici görüşlər bazar günü keçiriləcək. Bu yarış həm də kumite üzrə yeni baş məşqçi B.Kandazın Azərbaycan karateçiləri ilə ilk rəsmi turniri olacaq.Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liqa seriyasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edəcək. Karateçilər hər qələbəyə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, “Tokio-2020” və ikinci Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları da qazanmağa çalışacaqlar.xeber100.com