Yanvarın 25-də “Australian Open-2019” turnirində kişilər arasında yarımfinal mərhələsinin ikinci qarşılaşmasında Novak Cokoviç və fransalı Lukas Pouille üz-üzə gəliblər.Azərtac xəbər verir ki, “Roda Leyver Arena” kortunda keçirilən görüşün hər üç seti serbiyalı Novak Cokoviçin xeyrinə başa çatıb (6:0, 6:2, 6:2). Beləliklə, yanvarın 27-də keçiriləcək finalda ATP-ın reytinqində ilk iki yeri tutan tennisçi qarşılaşacaq. Xatırladaq ki, bir gün əvvəl keçirilən yarımfinal oyunu ispaniyalı Rafael Nadalin qələbəsi ilə başa çatıb. Hazırda Cokoviç reytinqin birinci, Nadal isə ikinci pilləsində qərarlaşıb.Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. O, “Australian Open” turnirinin beşqat qalibidir.Rafael Nadal “Böyük dəbilqə” seriyası turnirlərində 15 dəfə qalib gəlib. O, “Australian Open” turnirini bir dəfə – 2009-cu ildə qazanıb.Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…