Yanvarın 27-də İspaniya La Liqasının 21-ci turunun görüşləri keçirilib.Azərtac xəbər verir ki, Kataloniya təmsilçisi “Espanyol” doğma meydanda Madridin “Real” klubunu qəbul edib. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. “Kral” klubunun heyətində Kərim Benzema (4, 45), Serxio Ramos (15), Qaret Beyl (67), meydan sahiblərin isə Leo Baptistao (25) və Roberto Rosales (81) fərqləniblər.“Real Madrid”in əzəli rəqibi “Barselona” isə səfər matçında “Girona” klubuna 2:0 hesabı ilə qalib gəlib. Topları rəqib qapısından Nelson Semedo və Lionel Messi keçirib. Bombardirlər siyahısına başçılıq edən Messinin hesabında hazırda 19 qol var.Xatırladaq ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Atletiko Madrid” doğma meydanda “Xetafe” klubunun qapısından iki cavabsız top keçirdib.Turun digər oyunları aşağıdakılardır:
“Sevilya” – “Levante” – 5:0;
“Leganes” – “Eybar” – 2:2;
“Valensiya” – “Villyareal” – 3:0;
“Real Valladolid” – “Selta Viqo” – 2:1;
“Atletik Bilbao” – “Real Betis” – 1:0;
“Real Sosyedad” – “Hueska” – 0:0.
Qeyd edək ki, 21 turdan sonra turnir cədvəlinə 49 xalla “Barselona” klubu başçılıq edir, 44 xalla “Atletiko Madrid” ikinci, “Real Madrid” 39 xalla üçüncü, “Sevilya” isə 36 xalla dördüncü yerdə qərarlaşıb.Tura yanvarın 29-da “Deportivo Alaves” – “Rayo Valladolid” oyunu ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…