Stolüstü tennisçilər arasında beynəlxalq turnirə yekun vurulub

2 Fevral 2019 11:02

Xəbər 647 dəfə oxunub

Fevralın 2-də Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnirə yekun vurulub.Azərtac xəbər verir ki, qızların şəxsi yarışlarında tennisçimiz Mehriban Dadaşova yüksək nəticə göstərərək qızıl medal qazanıb. Digər tennisçimiz Fatimə Cəfərova isə gümüş medala layiq görülüb. Oğlanların yarışında isə Xaliq Becanov ikinci, Hacımurad Məmmədbəyov isə üçüncü yeri tutublar.xeber100.com