Formula 1 2023-cü ilədək Bakıda təşkil ediləcək

5 Fevral 2019 12:06

Xəbər 613 dəfə oxunub

Formula 1 Azərbaycan Qran-Prisi 2023-cü ilədək Bakıda təşkil ediləcək.Azərtac xəbər verir ki, fevralın 5-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerri bununla əlaqədar müqavilə imzalayıblar.A.Rəhimov bu uğurun qazanılmasında göstərdikləri böyük dəstəyə görə Çeyz Kerri başda olmaqla Formula 1 Qrupunun kollektivinə təşəkkürünü bildirib.Çeyz Kerri Azərbaycanın Formula 1 yarışı üçün ideal məkan olduğunu bildirib. Xatırladaq ki, Bakıda ilk dəfə Formula 1 Qran-Prisi 2016-cı ildə təşkil olunub.xeber100.com