UEFA Avropa Liqası final oyununa hazırlıq çərçivəsində

11 Fevral 2019 16:40

Xəbər 630 dəfə oxunub

UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti Bakıdadır.Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu – 5-ci işgüzar səfəri başlayıb.Fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və sair məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.xeber100.com