Şahmat üzrə sonuncu turun oyunları keçiriləcək

12 Fevral 2019 11:20

Xəbər 535 dəfə oxunub

Fevralın 12-də şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının sonuncu turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, 18 şahmatçının mübarizə apardığı çempionatda səkkiz turun nəticələrinə görə Günay Məmmədzadə (7,5 xal) liderliyini davam etdirir. Ondan bir xal geri qalan Xanım Balacayeva ikinci pillədədir. Üçüncü yerdə isə 6 xalla Gövhər Beydullayeva qərarlaşıb.xeber100.com