Topaz Premyer Liqasının XVII turunun hakimləri müəyyənləşib

12 Fevral 2019 11:25

Xəbər 825 dəfə oxunub

Futbol üzrə Topaz Premyer Liqasının XVII turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.Azərtac Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, fevralın 16-da saat 15:00-da başlayacaq “Keşlə”–“Sumqayıt” qarşılaşmasını Rauf Cabbarov idarə edəcək. Həmin gün saat 17:30-da start götürəcək “Zirə”–“Neftçi” görüşünün baş hakimi Səbuhi Bayramov olacaq.Fevralın 17-də saat 15:00-da başlayacaq “Səbail”–“Sabah” matçının idarə olunması Rəvan Həmzəzadəyə həvalə edilib. Saat 17:30-da start götürəcək turun sonuncu görüşündə – “Qarabağ”–“Qəbələ” oyununda baş hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.Turun bütün görüşləri “CBC Sport” televiziyasında birbaşa yayımlanacaq.xeber100.com