“Roma” futbol klubu “Portu”klubunu qəbul edib

13 Fevral 2019 14:29

Xəbər 869 dəfə oxunub

Çempionlar Liqasının 1/8 final matçının birinci oyununda “Roma” doğma meydanda “Portu”nu qəbul edib. Trend-in məlumatına görə, görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.“Roma”nın oyunçusu Zanyolo 70 və 76-cı dəqiqələrdə fərqlənib. Buna cavab olaraq “Portu”nun futbolçusu Adrian 79-cu dəqiqədə qollardan birinin əvəzini çıxıb. Lakin qonaq komanda məğlubiyyətlə razılaşmalı olub.Cavab matçı 6 martda Portuda keçiriləcək.xeber100.com