Stolüstü tennis üzrə paytaxt kuboku yarışları start götürəcək

14 Fevral 2019 12:37

Xəbər 739 dəfə oxunub

Sabah Latviyanın paytaxtı Riqada gənclər arasında stolüstü tennis üzrə açıq paytaxt kuboku yarışları start götürəcək.Azərtac xəbər verir ki, turnirdə ölkəmizi qızların yarışında Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Mehriban Dadaşova, Mərziyyə Nürmatova, Arzu Aslanova və Zemfira Mikayılova təmsil edəcəklər. Oğlanların mübarizəsində isə Emin Məmmədov, Məhəmməd İbrahim Ansari, Kənan Pənahov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Hüseyn Eylazov iştirak edəcəklər.İdmançılarımız beynəlxalq turnirə məşqçi Fərhad İsmayılov və Səbinə Batmanovanın rəhbərliyi ilə qatılacaqlar.Yarışa fevralın 17-də yekun vurulacaq.xeber100.com