“Paris Sen-Jermen” futbol klubu rekorda imza atıb

18 Fevral 2019 12:36

Xəbər 743 dəfə oxunub

Fransanın “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Kilian Mbappe Liqa 1 çempionatının XXV turunda rekorda imza atıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, “Sent-Etyen”lə görüşdə qələbə qolunu vuran (0:1) hücumçu tarixə düşüb. İyirmi yaşlı fransalı müdafiəçi son 45 ildə Fransa çempionatında 19 oyunda 18 dəfə fərqlənən ilk futbolçu olub. O, komanda yoldaşı Edinson Kavanini (17 qol) üstələyib.Qeyd edək ki, Mbappe cari mövsümdə “Paris Sen-Jermen”nin heyətində 29 oyunda 24 qol vurub.xeber100.com