“Aeroflot Open” şahmat turnirinin oyunları keçiriləcək

22 Fevral 2019 12:58

Xəbər 680 dəfə oxunub

Bu gün Moskvada ənənəvi “Aeroflot Open” şahmat turnirinin üçüncü turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, fevralın 21-də keçirilən ikinci turda “A” qrupunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov rumın Boqdan Deakla heç-heçə edib. Digər təmsilçimiz Eltac Səfərli isə hindistanlı Çitanbaram Aravindxla məğlub olub. Şahmatçılarımızın hər ikisi birinci turu qələbə ilə başa vurmuşdular.“B” qrupunda isə 6 şahmatçımızdan ikisi, Azərbaycanın kişilər arasında hazırkı çempionu Məhəmməd Muradlı və gənc şahmatçı Aydın Süleymanlı qələbə qazanıblar. Hər iki şahmatçının birinci turdakı oyunları heç-heçə başa çatıb. İlk turda uğurla çıxış edən Vüqar Əsədli bu dəfə məğlub olub. Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Read Səmədov üçün də ikinci tur uğursuz olub.xeber100.com