“Fenerbahçe” futbol klubu müqavilənin müddətini uzadacaq

26 Fevral 2019 20:41

Xəbər 1860 dəfə oxunub

“Fenerbahçe” futbolçusu Matyu Valbuenanın müqaviləsininin müddətini uzadacaq.Milli.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin ötən gün “Beşiktaş”la oyundakı (3:3) inamlı çıxışı məşqçilər heyətini razı saldığından, ona yeni sözləşmə təklif olunacaq. Klub rəhbərliyi 34 yaşlı oyunçunu daha 1 il komandada saxlamaq istəyir.Qeyd edək ki, 2017-ci ilin yayından “Fenerbahçe”nın formasını geyinən Valbuena bu komandanın heyətində 37 oyuna çıxıb və 8 qol vurub.xeber100.com