Ölkəmizin şosse velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası ilin ilk beynəlxalq yarışında iştirak edəcək.Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət komandamız İran İslam Respublikasının Kerman şəhərində keçiriləcək “Kerman Turu”nda mübarizə aparacaq.Martın 2-də start götürəcək 4 günlük yarışda həmçinin İraq, Oman, İordaniya, Pakistan və Əfqanıstan velosipedçiləri də iştirak edəcək. Bundan başqa, ev sahibi İran “Kerman Turu”nda 4 komanda ilə təmsil olunacaq.İştirakçılar martın 2-də keçiriləcək 1-ci mərhələdə 44 km məsafəyə komanda ötüşməsində mübarizə aparacaqlar. Növbəti 3 gün ərzində isə müvafiq olaraq 98, 58 və 114 km məsafələrə qrup ötüşməsi keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…