Braziliya Qran-prisinin gələcəyi sual altındadır

15 İyun 2016 12:23

Xəbər 1137 dəfə oxunub

“Formula-1” yürüşlərinin məşhur icmalçısı Co Seyvard bildirib ki, 2016-cı ildən sonra Braziliya Qran-prisinin gələcəyi sual altındadır. Azərtac www.championat.com saytına istinadla bildirir ki, Co Seyvardın sözlərinə görə, “Formula-1”in promouteri Berni Ekklstoun yürüşlərin Argentinada keçirilməsinə nail olmaq istəyir, lakin hazırda bu ölkənin iqtisadi problemləri hədsiz dərəcədə çoxdur. Bununla belə, indi Berninin əsas qayğıları Braziliya Qran-prisi ilə bağlıdır, çünki ölkənin siyasi və iqtisadi problemləri üzündən, 2016-cı ildən sonra yürüş keçirilməsi üçün pul yığılması qeyri-mümkün olacaq.xeber100.com