UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində

7 Mart 2019 12:15

Xəbər 550 dəfə oxunub

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.Azərtac UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, namizədlər arasında serbiyalı Duşan Tadiç (“Ayaks”, Hollandiya), fransalı Uqo Loris (“Tottenhem”, İngiltərə), belçikalı Romelu Lukaku (“Mançester Yunayted”, İngiltərə) və fransalı Musa Mareqa (“Portu”, Portuqaliya) yer alıblar.Həftənin ən yaxşı futbolçusunun müəllifi UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.xeber100.com