“Fiorentina”nın hücumçusu “Tottenham”in maraq dairəsindədir

10 Mart 2019 15:29

Xəbər 712 dəfə oxunub

“Fiorentina”nın hücumçusu Federiko Kyeza karyerasını İngiltərədə davam etdirə bilər.Milli.az xəbər verir ki, gənc oyunçu “Tottenham”in maraq dairəsindədir.London klubunun baş məşqçisi Mauritsio Poçettino 21 yaşlı forvardın transfer edilməsini istəyib. İngilislər vaxt itirmədən qarşı tərəflə danışıqlara başlayıb. “Tottenham” bu keçid üçün “Fiorentina”ya 70 milyon funt-sterlinq ödəməyə hazırdı.Qeyd edək ki, Federiko Kyeza “Milan”, “Juventus”, “İnter” və PSG-nin də maraq dairəsindədir.xeber100.com