Həndbolçular arasında ölkə çempionatında mübarizə davam edir

12 Mart 2019 14:29

Xəbər 618 dəfə oxunub

Kişi həndbolçular arasında ölkə çempionatında mübarizə davam edir. Yarışın növbəti turunun oyunları da favoritlərin qələbəsi ilə başa çatıb. “Bakı” komandası bu dəfə U-16 kollektivini məğlubiyyətə uğradıb.Azərtac Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, görüş 36:26 hesabı ilə Azərbaycan çempionunun xeyrinə yekunlaşıb.Qızıl medallara digər namizəd – “Məhsul” isə “Təhsil” komandasını sınağa çəkib. Nominal qonaqların müqavimətini qırmaqda çətinlik çəkməyən “Məhsul” oyunu qələbə ilə başa vurub – 33:21.Hərəyə 18 xal toplayan “Bakı” və “Məhsul” komandaları çempionatın şərikli liderləridir. “Təhsil” 6 xalla üçüncü pillədə qərarlaşıb. U-16 komandasının aktivində xal yoxdur.xeber100.com