2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində

22 Mart 2019 14:36

Xəbər 1817 dəfə oxunub

Martın 22-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində birinci turun digər qarşılaşmaları keçiriləcək.Azərtac xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunacaq.Günün maraq doğuran oyunu A qrupunda yer alan İngiltərənin “Uembli” stadionunda Çexiya ilə qarşılaşmasıdır. B qrupunda mübarizə aparan son Avropa çempionatının qalibi Portuqaliya isə öz meydanında Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.Dünya çempionu Fransa H qrupunda səfərdə Moldovanı sınağa çəkəcək. Qonşu ölkə Türkiyə də seçmə mərhələdəki ilk oyununu səfərdə keçirəcək. Komanda Albaniyanın müqavimətini qırmağa çalışacaq.Günün bütün oyunları aşağıdakılardı:

A qrupu

21:00. Bolqarıstan – Monteneqro

23:45. İngiltərə – Çexiya

B qrupu

23:45. Lüksemburq – Litva

23:45. Portuqaliya – Ukrayna

H qrupu

23:45. Albaniya – Türkiyə

23:45. Andorra – İslandiya

23:45. Moldova – Fransa.xeber100.com