UEFA “Yuventus”un hücumçusunu cərimələmək qərarına gəlib

23 Mart 2019 19:58

Xəbər 562 dəfə oxunub

Avropa Futbol Federasiyaları Birliyi UEFA “Yuventus” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu cərimələmək qərarına gəlib.Trend-in məlumatına görə, futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Atletiko Madrid”ə qarşı keçirdiyi oyunda qeyri-etik hərəkətinə görə 20 min avro məbləğində cərimə olunub.Xatırladaq ki, martın 12-də keçirilən oyun zamanı 34 yaşlı hücumçu “Atletiko”nun baş məşqçisi Diyeqo Simeonenin ədəbsiz hərəkətini təkrarlayıb.Qeyd edək ki, hər iki oyunun nəticəsinə görə, “Yuventus” 3:2 hesablı üstünlüyü ilə turnirin növbəti mərhələsinə yüksəlib.xeber100.com