Türkiyə millisi Moldova seçməsini qəbul edəcək

25 Mart 2019 11:23

Xəbər 858 dəfə oxunub

Martın 25-də “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində 7 qarşılaşma oynanılacaq.Azərtac xəbər verir ki, gün ərzində A, B və H qruplarında görüşlər keçiriləcək. Günə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq Türkiyə – Moldova oyunu ilə start veriləcək. H qrupunun digər oyununda Andorra ilə Albaniya və Fransa ilə İslandiya yığmaları qarşılaşacaq. Bu qrupda Fransa, İslandiya və Türkiyənin üç xalı var.A qrupunun lideri İngiltərə yığması səfərdə Monteneqro seçməsinin qonağı olacaq. Digər oyunda isə Kosovo və Bolqarıstan milliləri üz-üzə gələcək. A qrupunda İngiltərə yığmasının 3, Monteneqro və Bolqarıstan seçmələrinin 1 xalı var. Kosovo yığması birinci turda oyun keçirməyib. Çexiya millisi isə ilk turda məğlub olub.Avropa çempionatının seçmə mərhələsinin B qrupunda Lüksemburq – Ukrayna, Portuqaliya – Serbiya görüşləri oynanılacaq. Birinci turdan sonra qrupa 3 xalla Lüksemburq yığması başçılıq edir. Portuqaliya və Ukrayna millilərinin 1 xalı var. Serbiya birinci turda oyun keçirmədiyi, Litva isə məğlub olduğu üçün xal qazanmayıb.Türkiyə-Moldova oyunundan başqa digər görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.xeber100.com