“Atletiko Madrid” futbol klubunun məlumatı

2 Aprel 2019 13:13

Xəbər 878 dəfə oxunub

İspaniyanın “Atletiko Madrid” klubunun prezidenti Enrike Sereso komandanın futbolçusu Antuan Qrizmann ilə bağlı açıqlama verib.Azərtac İspaniya KİV-lərinə istinadla xəbər verir ki, klubun prezidenti 28 yaşlı fransalı müdafiəçinin Madrid təmsilçisindən ayrılmayacağını deyib: “Qrizmannın müqaviləsi davam edir. O, klub üçün əlindən gələni edir”.Qeyd edək ki, fransalı müdafiəçi cari mövsümdə keçirdiyi 40 oyunda 18 qol vurub və 9 məhsuldar ötürmə edib.xeber100.com