İspaniya Çempionatının 30-cu turuna start verilib

3 Aprel 2019 19:24

Xəbər 631 dəfə oxunub

Futbol üzrə İspaniya Çempionatının 30-cu turuna start verilib.Trend-in məlumatına görə, “Vilyarreal” klubu “Barselona”nı qəbul edib.”Estadio de la Seramika” (Vilyarreal şəhəri) stadionunda keçirilən oyunda 8 qol vurulub, komandalar heç-heçə ediblər.Qollar: Filipe Koutinyo 12′ (0:1), Malkom 16′ (0:2), Samuel Çukvueze 23′ (1:2), Karl Toqo Ekambi 50′ (2:2), Visente İborra 62′ (3:2), Karlos Bakka 80′ (4:2), Lionel Messi 90′ (4:3), Luis Suarez 90′ (4:4).Qeyd edək ki, 30 oyundan sonra “Barselona” 70 xalla turnir cədvəlinə başçılıq edir, “Vilyarreal” isə 30 xalla 17-cidir.xeber100.com