İtaliya A Seriyasının XXX turunun növbəti oyunları keçirilib

4 Aprel 2019 12:01

Xəbər 633 dəfə oxunub

Aprelin 3-də futbol üzrə İtaliya A Seriyasının XXX turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun gözlənilməz hesabı “Karlo Kastelani” stadionunda qeydə alınıb. Çempionatın iddialı klublarından sayılan “Napoli” səfərdə autsayder “Empoli”yə məğlub olub – 1:2. “Empoli”nin heyətində Dieqo Farias və Di Lorenzo fərqləniblər. Neapolluların yeganə qoluna isə Zielinski imza atıb.Bu qələbə sayəsində “Empoli” xallarının sayını 28-ə çatdıraraq 17-ci pilləyə yüksəlib. “Napoli” isə 63 xalla ikinci yerdə qərarlaşıb.Turnir cədvəlinin üçüncü pilləsindəki “İnter” səfərdə “Cenoa”nı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Roma” – “Fiorentina” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Frosinone” – “Parma” – 2:2

SPAL – “Latsio” – 1:0

“Torino” – “Sampdoriya” – 2:1.xeber100.com