“Yuventus” futbol klubu müqavilənin müddətini uzadıb

5 Aprel 2019 12:25

Xəbər 546 dəfə oxunub

İtaliyanın “Yuventus” futbol klubu xorvatiyalı hücumçusu Mario Mandzukiç ilə müqavilənin müddətini uzadıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən, 32 yaşlı hücumçu 2021-ci ilin yayınadək “Yuventus”un formasını geyinəcək.2015-ci ildə “Atletiko Madrid” komandasından transfer olunan futbolçu cari mövsümdə 29 oyunda 9 qol vurub.xeber100.com