Aprelin 8-də qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində səkkizinci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, bu turda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giri, Teymur Rəcəbov keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand ilə üz-üzə gələcəklər.Turnirin digər partiyalarında rusiyalı Sergey Karyakin norveçli dünya çempionu Maqnus Karlsen, bolqarıstanlı Veselin Topalov çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişuk çexiyalı David Navara ilə qarşılaşacaqlar.Yeddi turdan sonra Maqnus Karlsen 5 xalla liderliyini davam etdirir. Sergey Karyakin 4,5 xalla ikinci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3,5 xal toplayıblar. Şəhriyar Məmmədyarovun 2,5, Aniş Girinin 2 xalı var.Turnirə aprelin 9-da yekun vurulacaq.Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…