Türkiyə Superliqasının XXVII turunun mərkəzi görüşündə…

8 Aprel 2019 12:39

Xəbər 596 dəfə oxunub

Aprelin 7-də futbol üzrə Türkiyə Superliqasının XXVII turunun mərkəzi görüşündə “Başakşəhər” doğma meydanda “Konyaspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Fateh Terim” stadionunda baş tutan görüşün 50-ci dəqiqəsində “Başakşəhər”in hücumçusu Marsio Mossoro hesabı açıb. Meydan sahibləri 69-cu dəqiqədə qonaqları yenidən məyus ediblər. Edin Viska komandasının ikinci qolunu vurub – 2:0. Görüş elə bu hesabla başa çatıb.Günün digər qarşılaşmalarında “Fənərbağça” səfərdə “Ankaragücü”nün qonağı olub. Gərgin keçən oyunda tərəflər hərəsi bir qol vurmaqla heç-heçəyə razılaşıb – 1:1. “Kasımpaşa” öz meydanında “Ərzurumspor”u 2:1, “Akhisar Bələdiyəspor” isə səfərdə “Göztəpə”ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.Bu oyunlardan sonra “Başakşəhər” 61 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır. “Fənərbağça” 32 xalla 13-cü pillədədir.Türkiyə Superliqasında XXVII turun son oyunu aprelin 8-də “Rizəspor” ilə “Beşiktaş” arasında keçiriləcək.xeber100.com