Güləş üzrə Avropa çempionatı davam edir

10 Aprel 2019 13:15

Xəbər 618 dəfə oxunub

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə qoşulacaq. Püşkatma nəticəsində yığmamızın 4 üzvünün ilk rəqibləri müəyyənləşib. Maraqlıdır ki, püşk güləşçilərimizi MDB ölkələrinin təmsilçiləri ilə üz-üzə qoyub.
50 kq
1/4 final – Türkan Nəsirova – Oksana Livaç (UKR)
59 kq
1/4 final – Elmira Qəmbərova – Svetlana Lipatova (RUS)
68 kq
Təsnifat – İrina Netreba – Yevgeniya Andreyçikava (BLR)
76 kq
1/8 final – Səbirə Əliyeva – Natalya Lanko (BLR).xeber100.com