Güləş Federasiyasının məlumatına görə…

24 Aprel 2019 19:15

Xəbər 535 dəfə oxunub

Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır.Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.Qeyd edək ki, yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmalarımızın da hazırlıq planı ilə bağlı məlumat veriləcək.xeber100.com