Cüdo üzrə Azərbaycan birinciliyi keçirilir

25 Aprel 2019 12:40

Xəbər 889 dəfə oxunub

“Sərhədçi” Olimpiya İdman Mərkəzində U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilir.Azərtac xəbər verir ki, yarışda respublikamızın müxtəlif bölgələrindən 464 cüdoçu mübarizə aparır. Birinciliyin ilk günü oğlanlar və qızlar arasında 3 çəki dərəcəsində qaliblər məlum olub. Qaliblərə və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.Respublika birinciliyinə aprelin 26-da yekun vurulacaq.xeber100.com