“Mançester Yunayted” klubu “Atletiko Madrid”ə 120 milyon avro ödəyəcək

30 Aprel 2019 12:00

Xəbər 552 dəfə oxunub

İngiltərənin “Mançester Yunayted” futbol klubu sloveniyalı qapıçı Yan Oblakın transferi üçün “Atletiko Madrid” komandasına 120 milyon avro ödəməyə hazırdır.İspaniya KİV-ləri xəbər verir ki, 26 yaşlı qapıçının Madrid klubu ilə müqaviləsi 2023-cü ilin yayınadəkdir. Mançester təmsilçisi hazırda qapıçısı De Xeanın çıxışından narazı olduğu üçün onunla yeni müqavilə imzalamaq istəmir.Qeyd edək ki, De Xea cari mövsümdə “Mançester Yunayted”in heyətində keçirdiyi 45 oyunda 60 qol buraxıb. Yan Oblak isə “Atletiko Madrid” klubunda iştirak etdiyi 44 oyunda qapısında 34 qol görüb.xeber100.com