UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib

30 Aprel 2019 12:02

Xəbər 558 dəfə oxunub

Futzal üzrə UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, “Sportinq” komandası ilk dəfə bu turnirin qalibi olub.Qeyd edək ki, yarış 2002-ci ildən keçirilir. İlk turnirin finalında 8 komanda yarışıb və kuboku “Kastellon” əldə edib. Sonrakı 4 mövsümdə çempionun adı bir yox, iki matçın yekununda müəyyənləşib. 2007-ci ildən etibarən “Dördlər finalı” keçirilib. Ötən yayadək UEFA futzal kuboku adlandırılan yarışın ən çox qalibi İspaniyanın “İnter” komandası olub. Onlar 5 dəfə titula sahib çıxıblar.xeber100.com