“Qalatasaray” futbol klubunun məlumatına görə…

3 May 2019 22:06

Xəbər 558 dəfə oxunub

“Qalatasaray”ın 31 yaşlı forvardı Konstantinos Mitroğlu komandanın “Beşiktaş”la derbi öncəsi keçirdiyi məşqi zamanı zədələnib.Milli.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçunun vəziyyəti yoxlamalardan sonra bəlli olacaq.Klub məsələ ilə bağlı rəsmi açıqlama verib: “Məşqdə sol üst əzələ qrupunda ağrı hiss edən Konstantinos Mitroğlunun müalicəsinə başlanıb. Futbolçumuzun son vəziyyəti aparılacaq testlərin ardından bəlli olacaq”.Qeyd edək ki, bazar günü “Qalatasaray” “Türk Telekom” stadionunda “Beşiktaş”ı qəbul edəcək.xeber100.com