Danimarka Superliqasının XXXIII turunda

6 May 2019 13:53

Xəbər 547 dəfə oxunub

Futbol üzrə Danimarka və Avstriya çempionatlarında 2018-2019-cu il mövsümünün qalibləri müəyyənləşib.Azərtac xəbər verir ki, Danimarka Superliqasının XXXIII turunda “Bröndbi” komandasını 3:2 hesabı ilə məğlub edən “Kopenhagen” sona 3 tur qalmış ən yaxın izləyicisini 14 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib. Paytaxt təmsilçisi bu qalibiyyətlə, ümumilikdə 13-cü çempionluğunu qeyd edib.Avstriya Bundesliqasında isə XXIX turda “Austriya”ya 2:1 hesabı ilə qalib gələn “Zalsburq” birinciliyi təmin edib. Komanda ardıcıl 6-cı, ümumilikdə isə 13-cü çempionluğunu qazanıb.xeber100.com