“Ayaks” futbol klubu müqavilənin müddətini uzadıb

6 May 2019 13:59

Xəbər 658 dəfə oxunub

Hollandiyanın “Ayaks” futbol klubu müdafiəçisi Nikolas Talyafiko ilə müqavilənin müddətini uzadıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı argentinalı müdafiəçinin yeni müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.Qeyd edək ki, Talyafiko 2018-ci ildə Argentinanın “İndependente” klubundan “Ayaks”a transfer olunub. O, cari mövsümdə Hollandiya komandasında keçirdiyi 42 oyunda 5 qolun müəllifi olub və 6 məhsuldar ötürmə edib.xeber100.com