UEFA-nın təşkilatçılığı ilə “Futbol və biznes” sammiti təşkil olunacaq

14 May 2019 12:37

Xəbər 669 dəfə oxunub

Mayın 15-də AFFA və UEFA-nın təşkilatçılığı ilə Bakıda “Futbol və biznes” sammiti təşkil olunacaq.Azərtac AFFA-ya istinadla xəbər verir ki, sammitdə xarici və yerli mütəxəssislərin iştirakı ilə futbolun makroiqtisadi təsiri, futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılacaq.Tədbirdə, həmçinin vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək.xeber100.com