“İBSA Judo Grand Prix Baku 2019” yarışlarına yekun vurulub

15 May 2019 11:43

Xəbər 666 dəfə oxunub

“İBSA Judo Grand Prix Baku 2019” yarışlarının sonuncu gününə yekun vurulub.Trend-in məlumatına görə, yarışların ikinci günündə müxtəlif ölkələrdən olan idmançılar 6 qızıl uğrunda mübarizə aparıblar. Ölkəmizi 9 cüdoçu təmsil edib.Azərbaycanlı idmançı Rövşən Səfərov 90 kq çəki dərəcəsində yarışların gümüş mükafatçısı olub.Digər paracüdoçumuz Xanım Hüseynova isə 63 kq çəki dərəcəsində qadınların yarışında üçüncü yerə layiq görülüb.Azərbaycan komandası yarışlarda 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanmaqla ümumi nəticədə ikinci yerə çıxıb. Yarışların ilk yerini isə 4 qızıl və 4 bürünc medal ilə Özbəkistan komandası qazanıb.Qadınların yarışında qızıl medalları özbəkistanlı Nafisa Şeripboeva (63kq), meksikalı idmançı Lenia Ruvalkaba Alvares (70kq) və italiyalı Karolina Kosta (+70kq) qazanıblar.Kişilərin yarışında qızıl medalları iranlı Vahid Nuri (90kq), britaniyalı Kristofer Skelley (100kq) və özbəkistanlı Şirin Şərifov qazanıblar.xeber100.com