Mayın 26-da İtaliya A Seriyasının 2018-2019-cu il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, çempionatın qızıl və gümüş mükafatçıları məlum olduğundan əsas mübarizə UEFA Çempionlar Liqasına vəsiqə qazananlar arasında gedib.Aktivində 66 xalı olan “İnter” doğma azarkeşlər önündə “Empoli” klubunu qəbul edib. Görüş “neradzura”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.Eyni xala malik olan “Atalanta” “Sassuolo” komandasının qonağı olub. Bu görüşdə qonaqlar 3:1 hesabı ilə qələbə qazanıb.Altmış beş xalı olan “Milan” səfərdə SPAL klubunu 3:2 hesabla məğlub etsə də, bu qələbə “rossoneri”ə qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanmağa yetməyib.İtaliya A Seriyasının qızıl medallarını 90 xallı olan “Yuventus” klubu qazanıb.Çempionatın gümüş medallarına 78 xal toplayan “Napoli” komandası sahib olub. “Atalanta” komandası 69 xalla üçüncü, eyni xala malik amma şəxsi oyun nəticəsinə görə geri qalan “İnter” isə dördüncü olub. İlk dörd yeri tutan komandalar 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.“Milan”, “Roma” və “Latsio” klubları isə UEFA Avropa Liqasında çıxış edəcəklər. “Empoli”, “Frosinone” və “Kiyevo” A Seriyasından vidalaşaraq ikinci diviziona – B Seriyasına enib.A Seriyasının sonuncu turunda aşağıdakı nəticələr qeydə alınıb:
“Frosinone” – “Kiyevo” – 0:0;
“Bolonya” – “Napoli” – 3:2;
“Torino” – “Latsio” – 3:1;
“Sampdoriya” – “Yuventua” – 2:0;
“Roma” – “Parma” – 2:1;
“Kalyari” – “Udineze” – 1:2.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…