“Barselona”klubunun yeni baş məşqçisi müəyyənləşib

28 May 2019 16:29

Xəbər 545 dəfə oxunub

Ernesto Valverdeni istefaya göndərməyə hazırlaşan “Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.Milli.az xəbər verir ki, bu iddia ilə “The Sun” nəşri çıxış edib. İddia olunub ki, “Barselona” rəhbərliyi komandanı “Arsenal”ın baş məşqçisi Unay Emeriyə tapşıracaq.Qeyd edək ki, “Barselona” cari mövsüm La Liqanı qazansa da, Çempionlar Liqası və İspaniya Kubokunda qalib ola bilməyib.xeber100.com