“Çelsi” və “Arsenal” komandaları qarşılaşacaq

29 May 2019 13:41

Xəbər 526 dəfə oxunub

Bu gün UEFA Avropa Liqasının final oyununda Londonun “Çelsi” və “Arsenal” komandaları qarşılaşacaq. Mən “Çelsi”nin azarkeşiyəm. Bu komanda 2013-2014-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi olub. UEFA Avropa Liqasının kubokuna hansı klubun sahib olacağı bu gün müəyyənləşəcək.Bu sözləri Azərtac-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn britaniyalı azarkeş Aleks Nikolov deyib. Azərbaycana gələn hər bir azarkeşin, oyunçu və texniki heyətin təhlükəsizliyinin təmin olunması üçün lazımi təbirlər görüldüyünü deyən qonaq final oyununun maraqlı keçəcəyini bildirib.xeber100.com