Avropa Liqasının final oyunundan sonra…

1 İyun 2019 20:49

Xəbər 687 dəfə oxunub

Bakıda Avropa Liqasının qalibi olan İngiltərənin “Çelsi” klubunun qapıçısı Robert Qrin karyerasını başa vurub.Milli.az xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper “Twitter” hesabında məlumat yayıb:”Bakıda möhtəşəm bir axşam və 23 illik karyeramdan sonra futbolla vidalaşmağa qərar verdim. Bütün məşqçilərə və azarkeşlərə təşəkkür edirəm”.Robert Qrin “Çelsi”nin üçüncü qapıçısı idi. 2018-ci ilin yayında azad agent kimi London təmsilçisinə keçən ingilis qolkiper heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Qrin 12 dəfə İngiltərə millisinin də formasını geyinib.Xatırladaq ki, “Çelsi”nin 4:1 hesablı qələbəsiylə yekunlaşan Avropa Liqasının final oyunundan sonra “Arsenal”ın qapıçısı Petr Çex də karyerasını başa vurub.xeber100.com