Millətlər Liqası turnirində final mərhələsinə start veriləcək

5 İyun 2019 12:07

Xəbər 732 dəfə oxunub

Bu gün UEFA Millətlər Liqası turnirində ilk mövsümün final mərhələsinə start veriləcək.Milli.az xəbər verir ki, yarışın mükafatçıları Portuqaliyada müəyyənləşəcək.Qrup mərhələsinin oyunları ötən ilin payızında baş tutan 2018/19 mövsümünün qalibi adına 4 iddiaçı qalıb. Bunlar A liqasında qrup qalibi olan Portuqaliya, İngiltərə, Hollandiya və İsveçrə yığmalarıdı.Final mərhələsinin görüşlərinə iki şəhər – Gimaraynş və Portu ev sahibliyi edəcək. İlk qarşılaşmada Portunun “Draqao” stadionunda keçiriləcək. Meydan sahibləri İsveçrəni qəbul edəcək. Ertəsi gün Gimaraynşda İngiltərə ilə Hollandiya üz-üzə gələcək.Final və III yer uğrunda matç iyunun 9-da keçiriləcək. Turnirin qalibi kubokun ilk sahibi olmaqla yanaşı, pul mükafatı da əldə edəcək. Millətlər Liqasının çempionu 10,5, finalçı isə 9 milyon avro əldə edəcək. Üçüncü yerin sahibi 8, mükafatçılar sırasına düşə bilməyən komanda 7 milyon qazanacaq.xeber100.com