Stolüstü Tennis Federasiyasının məlumatı

12 İyun 2019 11:29

Xəbər 647 dəfə oxunub

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət komandamız Çində təlim-məşq toplanışında iştirak edəcək.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a verilən məlumata görə, təlim-məşq toplanışı iyunun 24-27-də Çində keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır. Stolüstü tennisçilərimizin məşqçilər Ramil Cəfərovun və Elnur Hidayətzadənin rəhbərliyi ilə hazırlıq prosesi iyunun 12-dən 22-dək davam edəcək.xeber100.com