Fransa boksu üzrə dünya çempionatına start verilib

13 İyun 2019 16:51

Xəbər 549 dəfə oxunub

İyunun 13-də Tunisin Hammamet şəhərində savat (Fransa boksu) üzrə dünya çempionatına start verilib.Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasından azərtac-a bildiriblər ki, 50 ölkədən 600-dək idmançının qatıldığı yarışda ölkəmizi Nurlan Qədimov (70 kq), Bəhruz Çıraqov (75 kq) və Tural Bayramov (85 kq) təmsil edirlər. Komandamızın üzvləri çempionatda federasiya prezidenti Rafiq Əliyevin və icraçı direktor Sənan Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.xeber100.com