“Qarabağ” futbol klubu “Partizani” ilə qarşılaşacaq

18 İyun 2019 16:43

Xəbər 768 dəfə oxunub

İyunun 18-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” klubu püşkün nəticələrinə əsasən Albaniyanın “Partizani” komandası ilə üz-üzə gələcək.UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin görüşləri iyulun 9-10-da, cavab matçları isə bir həftə sonra oynanılacaq. “Qarabağ” ilk matçını səfərdə keçirəcək.xeber100.com