“Səbail” futbol klubu müdafiəçisi ilə yollarını ayırıb

19 İyun 2019 16:00

Xəbər 601 dəfə oxunub

“Səbail” klubu daha bir futbolçu ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klub müdafiəçi Maudo Jarjue ilə vidalaşıb.M.Jarjue 2017-ci ildən “Səbail” klubunun formasını geyinib. O, paytaxt təmsilçisinin heyətində 50 oyunda meydana əsas heyətdə çıxıb.“Səbail” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Rumıniyanın “Kraivo” komandası ilə üz-üzə gələcək. İlk oyun iyulun 11-də Bakıda, cavab görüşü iyulun 18-də Krayovada keçiriləcək.xeber100.com