Badminton Federasiyasının məlumatına görə…

26 İyun 2019 11:54

Xəbər 623 dəfə oxunub

Paytaxtın 1 saylı İdman Liseyinin yeni istifadəyə verilmiş badminton zalında keçirilən Bakı şəhər çempionatına yekun vurulub.Azərtac Azərbaycan Badminton Federasiyasına (ABF) istinadla xəbər verir ki, ABF və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 kateqoriya üzrə 20 kişi, 16 qadın badmintonçu iştirak edib. Şəxsi oyunlar qruplar arasında dairəvi sistem üzrə keçirilib. Qoşa görüşlər isə olimpiya sistemi üzrə oynanılıb.Şəxsi mübarizələrdə kişilər arasında Orxan Qələndərov, qadınlardasa Nigar Əliyeva birinci olublar.Qoşa yarışlarda kişilərdə Cahid Əlhəsənov-Səbuhi Hüseynov, qadınlarda Nərmin Şərifova-Nigar Əliyeva tandemi qalib gəliblər.Qarışıq-qoşa yarışlarda isə Elnurə Cəfərova-Səbuhi Hüseynov cütü fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.İlk 3 yerin sahibləri diplom və medallarla təltif olunub.xeber100.com