Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışlarında

29 İyun 2019 15:16

Xəbər 489 dəfə oxunub

Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışlarında Azərbaycanı 18 idmançı təmsil edəcək.Bunu Azərbaycan Atletika Federasiyasının baş katibinin müavini və Avropa Gənclər Yay Olimpiya Festivalında atletika yarışlarının meneceri Kənan Məhərrəmov Azərtac-a müsahibəsində bildirib.K.Məhərrəmov qeyd edib ki, festivalın atletika yarışlarında Avropanın 46 ölkəsindən 641 idmançı mübarizə aparacaq. Yarışlarda Azərbaycan atletləri qaçış, tullanma və atma növlərində çıxış edəcəklər.xeber100.com