Tennis Federasiyasının təşkilatçılığı ilə liqa çempionatı keçiriləcək

1 İyul 2019 14:58

Xəbər 477 dəfə oxunub

İyulun 3-də Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə liqa çempionatının final mərhələsi keçiriləcək.Azərtac xəbər verir ki, yarışlar 2006-cı il təvəllüdlü və daha azyaşlılar arasında təşkil ediləcək.Liqa çempionatı üç divizionda keçirilir. Çempionatda Azərbaycanın şəhər və rayonlarından federasiyada qeydiyyatdan keçən komandalar mübarizə aparırlar.xeber100.com