Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

3 İyul 2019 13:35

Xəbər 624 dəfə oxunub

İyulun 3-də Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə liqa çempionatının final mərhələsi başlayıb.Azərtac xəbər verir ki, yarışlarda 2006-cı il təvəllüdlü və daha azyaşlı idmançılar mübarizə aparırlar. Liqa çempionatı üç divizionda keçirilir. Çempionatda Azərbaycanın şəhər və rayonlarından federasiyada qeydiyyatdan keçən komandalar iştirak edirlər.xeber100.com